Xəzərdə zəlzələ oldu

17:22 - 27 Sentyabr 2025

Xəzərdə zəlzələ oldu

Bu gün yerli vaxtla 15:34-də Xəzər dənizinin sahilində - İranın şimalında yerləşən Gülüstan vilayətində 4,6 bal gücündə zəlzələ baş verib.


Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ vilayətin Gümüştəpə və Türkmən limanı yaxınlığında qeydə alınıb. 10 km dərinlikdə baş verən zəlzələ Mazandaran vilayətində də hiss olunub.

Zəlzələ baş verən rayona İranın Qırmızı Aypara Cəmiyyətinin əməkdaşları cəlb olunub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az