Maşının təkəri partlayıb qəza etdi - Piyada xəsarət aldı / Video 

11:30 - 05 Oktyabr 2025

Maşının təkəri partlayıb qəza etdi - Piyada xəsarət aldı / Video 

Bu gün səhər saat 06:30 radələrində Bakı–Şamaxı avtomobil yolunun 21-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, ilkin araşdırmaya əsasən, “Hyundai” markalı avtomobil hərəkətdə olan zaman təkərlərdən birinin partlaması nəticəsində sürücü avtomobil üzərində idarəetməni itirib.

Daha sonra nəqliyyat vasitəsi yolun kənarında dayanan piyadanı vurub. Hadisə nəticəsində piyada xəsarət alıb.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az