Bərdədə pendir sexində partlayış olub.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə şəhəri ərazisində qeydə alınıb. Hadisə nəticəsində müəssisədə nəzarətçi işləyən 65 yaşlı Teyyub Yusibov həyatın itirib.
Partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.