Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ" markalı minik avtomobili ilə "Chevrolet" markalı minik avtomobili toqquşub.
Qəza zamanı 4 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.