Qadın əri tərəfindən qətlə yetirildi

20:58 - 06 Oktyabr 2025

Qadın əri tərəfindən qətlə yetirildi

Şəmkirdə qətl hadisəsi baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

    Belə ki, rayon sakini 40 yaşlı R. Hacıyeva ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüb.

    Məlumata görə həyat yoldaşı qadının boğazını kəsərək onu qətlə yetirmək istəyib. Hadisədən sonra qətli törədən şəxsin özünə xəsarət yetirdiyi bildirilir.

    Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, 54 yaşlı rayon sakini Arif Hacıyev saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az