Gədəbəy sakini kimyəvi maddədən zəhərlənmə nəticəsində həyatını itirib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Kəsəmən kənd sakini, 1959-cu il təvəllüdlü Nazilə Kazımova ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.
***
TƏBİB-dən bildirilib ki, 1975-ci il təvəllüdlü şəxs (qadın) 09.10.2025-ci il tarixində saat 15:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Məlumata görə, ona kimyəvi maddədən zəhərlənmə diaqnozu təyin olunub. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, pasiyentin saat 17:30 radələrində bioloji ölüm faktı qeydə alınıb.