Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Qızılağac kəndində qeydə alınıb.
Belə ki, naməlum avtomobil Qızılağac kənd sakini, 2003-cü il təvəllüdlü Kərimov Malik Şamil oğlunu vuraraq öldürüb.
Hadisəni törədən şəxs hadisə yerindən yayınıb.
Faktla bağlı araşdırma aparılır.