Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun rayonun Quzanlı qəsəbəsindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan "VAZ-2106" və "Lada-Xəzər" markalı ikiminik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.