Hacıqabulda iki yük maşını toqquşub, ölən və yaralanan var.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Qarasu Padar kəndləri intervalında baş verib.
AzəriMed QSC-yə məxsus “Mercedes Atego” markalı yük avtomobili arxadan “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə “Mercedes Atego”-nun sürücüsü Bakı sakini, 1994-cü il təvəllüdlü Sadıqov Sadıq Vasif oğlu hadisə yerində ölüb. Sərnişin Goranboy sakini, 1987-ci il təvəllüdlü Asanov Aslan Mikayıl oğlu Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.