Naxçıvanda avtomobillər toqquşdu, ana və övladı xəsarət aldı

18:16 - 12 Oktyabr 2025

Naxçıvanda avtomobillər toqquşdu, ana və övladı xəsarət aldı

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Afiyəddin Cəlilov və Mustafa Kamal Atatürk küçələrinin kəsişməsində qeydə alınıb.

Qəza zamanı “77 AL 903” dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı avtomobillə “75 TA 427” dövlət nömrə nişanlı “NAZ-Lifan” markalı avtomobillər toqquşublar.

Qəzada 2 nəfər (ana və övladı) xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az