Bakıda fərdi evdə partlayış: 2 yaralı - VİDEO

23:11 - 14 Oktyabr 2025

Bakıda fərdi evdə partlayış: 2 yaralı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.


FHN-dən  Manset.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evində yanğınla müşayiət olunan partlayışın baş verdiyi və genişlənərək yaxınlıqdakı tikililərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanan evdə xəsarət alaraq təhlükəli vəziyyətdə qalmış 1 nəfər xilas olunub, yanğının qonşu evlərə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli üçotaqlı evin bir otağının yanar konstruksiyaları və tavanı 30 kv.m sahədə yanıb. Yanğın zamanı ümumilikdə 2 nəfər xəsarət alıb.

Evin qalan hisssi və qonşu evlər yanğından mühafizə edilib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az