Gəncədə fabrikdə YANĞIN

20:19 - 16 Oktyabr 2025

Gəncədə fabrikdə YANĞIN

Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən “Araboğlu” un fabrikində baş verib.

İlkin məlumatlara əsasən, yanğın fabrikin zirzəmisində başlayıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az