Şəkidə ağır QƏZA: Ölənlər var - YENİLƏNİB

19:16 - 21 Oktyabr 2025

Şəkidə ağır QƏZA: Ölənlər var - YENİLƏNİB

Şəkidə baş verən ağır yol qəzasında 3 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 18 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində baş verib.

    Hərəkətdə olan “KİA” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza zamanı avtomobillərdə olanlardan 3 nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha iki nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara ilkin tibbi yardımlar göstərilir.

    Ölən və yaralanan şəxslərin kimlikləri dəqiqləşdirilir.

    ***

    19:10

    Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib.


    Manset.az APA-ya istinadən xəbər verir ki, nın yerli bürosunun xəbərinə görə, oktyabrın 21-də saat 18 radələrində Şəki rayonu ərazisində “KİA” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər hadisə yerində ölüb.

      DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


      Digər xəbərlər

      Xəbər xətti

      Bütün xəbər xətti
      yenielan.az
      yenielan.az