Təhsil müəssisəsində yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.
Manset.az xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil idarəsi məlumat yayıb.
Bildirilib ki, axşam saatlarında valideyn tərəfindən göndərilmiş fotoda məktəbin yandığı təsvir olunub. Məktəb rəhbərliyi tərəfindən binaya baxış keçirilib və məlumatın yanlış olduğu aşkarlanıb.
Məktəbin həyətyanı ərazisindəki ağac qırıntılarının yandırıldığı məlum olub.
Lakin yoxlama aparılana qədər Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə (112) məlumat verildiyindən aidiyyəti orqanlar məktəbə gəlib.
Ərazidəki ağac qırıntılarının yanması söndürülüb, binaya və digər infrastruktura heç bir ziyan dəyməyib.
***
20:46
Sabunçu rayonu, Maştağa qəsəbəsində 128 saylı məktəbin ərazisində yanğın qeydə alınıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, yanğın məktəbin həyətyanı sahəsindəki kolluq ərazidə qeydə alınıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən dəstələri tərəfindən ətrafa yayılmadan söndürülüb.
***
20:15
Bakıda məktəbdə yanğın hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, yanğın Sabunçu rayonu, Maştağa qəsəbəsində 128 saylı məktəbdə qeydə alınıb.
Əraziyə FHN qüvvələri və polis əməkdaşları cəlb edilib.