Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Ford Transizt" markalı yük avtomobili ilə minik maşını toqquşub. Qəza zamanı 1967-ci il təvəllüdlü N.Sadıqov və 1961-ci il təvəllüdlü S.İbrahimova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.