Kürdəmirdə ağır QƏZA - Ölənlər var

19:36 - 25 Oktyabr 2025

Kürdəmirdə ağır QƏZA - Ölənlər var

Kürdəmirdə minik avtomobili traktorla toqquşub, ölənlər var.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin yolda hərəkətdə olan "VAZ 2107" markalı avtomobil traktora çırpılıb. Nəticədə, ilkin məlumata görə, iki nəfər həyatını itirib. Daha üç nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanı, eləcə də Fövqəladə Hallar Nazirliyinin qəza xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub.

Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü və sərnişinlərin çıxarılması işləri həyata keçirilir. Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az