Şamaxıda ikimərtəbəli yaşayış evində baş verən yanğın söndürülüb.
Manset.az Report-a istinadən xəbər verir ki, Məhəmmədəmin Rəsulzadə küçəsi, ev 5 ünvanında qeydə alınan yanğın 1964-cü il təvəllüdlü Süleymanov Sədaqət Ağadur oğluna məxsus, ümumi sahəsi 150 kvadratmetr olan iki mərtəbəli, 6 otaqlı evdə olub.
Hadisə zamanı evin ikinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları, ümumilikdə 60 kvadratmetr sahə və bir otağın taxtadan olan tavanı 25 kvadratmetr sahədə yanıb.
Yanğın nəticəsində ikinci mərtəbədəki bütün əşyalar tamamilə yanıb, evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının başvermə səbəbi araşdırılır.
***
20:07
Şamaxı şəhərində ikimərtəbəli evdə yanğın başlayıb.
Manset.az Report-a istinadən xəbər verir ki, 4 otaqdan ibarət iki mərtəbəli anidən alışıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Yanğının baş vermə səbəbləri araşdırılır.