İmişlidə bədbəxt hadisə - Ölən var 

23:17 - 15 Noyabr 2025

İmişlidə bədbəxt hadisə - Ölən var 

İmişlidə çınqıl karxanasında baş verən bədbəxt hadisə nəticəsində bir nəfər dünyasını dəyişib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən karxanalardan birində qeydə alınıb.

Sabirabad sakini, 1966-cı il təvəllüdlü Mansur Hüseyn oğlu Həsənov yük maşınına çınqıl yükləyən ekskavatorun ön hissəsinin onu baş nahiyəsinə dəyməsi nəticəsində ağır xəsarət alıb.

    O, xəstəxanaya aparılarkən yolda vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az