Tovuzda bir ailənin 4 üzvü pendirdən zəhərləndi

16:30 - 16 Noyabr 2025

Tovuzda bir ailənin 4 üzvü pendirdən zəhərləndi

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, rayon sakinləri 1986-cı il təvəllüdlü R.Əmədli, 1989-cu il təvəllüdlü V.Əhmədli, ailənin övladları 2010-cu il təvəllüdlü D.Əhmədli və 2013-cü il təvəllüdlü B.Əhmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, zəhərlənən şəxslər yaşadıqları evdə pendir yedikdən sonra zəhərləniblər. Hadisə yerinə AQTA əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az