Bakıda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

23:36 - 21 Dekabr 2021

Bakıda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Manset.az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Maştağa qəsəbəsində Savalan yaşayış massivində 1981-ci il təvəllüdlü İsmayılov Fəxrəddin İsmayıl oğlu, 1979-cu il təvəllüdlü İsmayılova Vüsalə İsmayıl qızı və 7 yaşlı Rzayeva Əsna Elnur qızı, 16 yaşlı Rzayev Rafiq Elnur oğlu yaşadıqları edə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az