Babək rayonunda QƏZA: Ana və 3 övladı yaralandı - FOTO

18:54 - 22 Noyabr 2025

Babək rayonunda QƏZA: Ana və 3 övladı yaralandı - FOTO

Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Badaşqan və Yarımca kəndlərinin kəsişməsində qeydə alınıb.

"VAZ 2107" və "KIA" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar Əliyeva Nuriyyə Ağası qızı və övladları - Əliyeva Mələk Sevindik qızı, Əliyeva Fatma Sevindik qızı və Əliyev İlham Sevindik oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, fakt araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az