Bakıda küçədə qadın meyiti tapılıb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, M.Sübhi küçəsində qeydə alınıb.
Kimliyi bilinməyən 40-45 yaşlı qadının meyiti küçədə yoldan keçənlər tərəfindən aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Mərhumun nədən öldüyü bilinmir.
Araşdırma aparılır.