Bakıda kişi qazdan boğulub.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş verib.
Qəsəbə sakini olan 50 yaşlı Xeyrullazadə Ceyhun Rafiq oğlu yaşadığı evin hamamında dəm qazından zəhərlənərək, ölüb.
Araşdırma aparılır.
Qeyd edək ki, bu günü Bakıda iki nəfərin qazdan boğularaq, ölməsi barədə xəbər vermişdik.