Yanvarın 3-də saat 16:40 radələrində Astara rayonunun Təngərüd kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
"S. Məmmədzadənin idarə etdiyi "Mercedes" markalı mikroavtobus idarəetmənin itirilməsi nəticəsində aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin ölüb, 7 nəfər xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma aparılır",-deyə məlumatda qeyd olunur.