Bir ailənin üzvü olan Zaqatala rayon sakinləri Oğuzda yol qəzasında düşüb.
Manset.az APA-ya istinadən xəbər verir ki, şimal-qərb bürosunun xəbərinə görə, hadisə axşam saat 17 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Zaqatala rayon Cobankol kənd sakini Sarvan Piriyev idarə etdiyi “Mersedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı Sarvan Piriyev, həyat yoldaşı Cəhanə Piriyeva və azyaşlı övladı müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Yaralılar Oğuz rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.