Bu gün səhər saatlarında Avropa Azərbaycan Məktəbinin qarşısında ağır qəza qeydə alınıb.
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, qəzaya səbəb sürücünün sükan arxasında qıcolma keçirməsi olub.
Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində 1 nəfər ağır xəsarət alıb, avtomobillərə ziyan dəyib.
Qəza törədən sürücü Avropa Azərbaycan Məktəbinə şagird aparırmış.