Nəsimi Nəbizadənin qardaşı həbs olundu - YENİLƏNİB

20:18 - 09 Yanvar 2026

Nəsimi Nəbizadənin qardaşı həbs olundu - YENİLƏNİB

Dünəndən sosial şəbəkələrdə gündəm olan keçmiş teleaparıcı Nəsimi Nəbizadənin qardaşı Elnur Nəbizadə həbs olunub. 


Manset.az Yenilik.az-a istinadən xəbər verir ki, E.Nəbizadə 2 nəfər şəxslə birlikdə 13 kq narkotiklə Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və onun haqqında məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib. 

***

Daxili İşlər Nazirliyi də hadisə ilə bağlı açıqlama yayıb:


“Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Tədbir zamanı Saray qəsəbə sakinləri əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı Elnur Nəbizadə, 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrayılov saxlanılıblar. Onlardan ümumi çəkisi 12 kiloqram 962 qram olan narkotik maddə marixuana aşkarlanıb. Faktlarla bağlı cinayət işi başlanılıb. 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az