“Tarqovu”da məşhur restoranın tavanı uçdu - Yaralanan var 

13:35 - 12 Yanvar 2026

“Tarqovu”da məşhur restoranın tavanı uçdu - Yaralanan var 

Dünən axşam saatlarında Bakının Nizami küçəsində yerləşən “Bonte” restoranının tavanı uçub.


Manset.az Gununsesi.info-ya istinadən xəbər verir ki, hadisə nəticəsində işçilər xəsarət alıb.

Restorana çağırılmış Təcili Tibbi Yardım başından xəsarət alan əməkdaşları xəstəxanaya çatdırıb, onların başlarına tikiş qoyulub.

Sayt hadisə ilə bağlı “Bonte”nin sahibi ilə əlaqə saxlaya bilməyib, lakin restoranın administratoru Sani Quliyev faktı təsdiq edib. O bildirib ki, tavanın çökməsi nəticəsində 1 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az