Ağacları kəsməkdə şübhəli bilinən şəxs saxlanıldı

20:21 - 15 Yanvar 2026

Ağacları kəsməkdə şübhəli bilinən şəxs saxlanıldı

Oğuzda ağac kəsilməsinə görə cinayət işi başlanıb.


Manset.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Oğuz rayonunun Padar kəndində palıd növündən olan ağacların kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən Keyti Həsənov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az