Şamaxıda 3.8 maqnitudalı zəlzələ qeydə alınıb.
Manset.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilir ki, zəlzələ yerli vaxtla saat 07:56-da baş verib. Titrəyişlər episentrdə 4 bal, ətraf yaxın yaşayış məntəqələrində 4-3 bala qeder hiss olunub.