Qırmızıdan keçən maşın avtobusa ÇIRPILDI - FOTO

09:25 - 18 Yanvar 2026

Qırmızıdan keçən maşın avtobusa ÇIRPILDI - FOTO

Paytaxtın Rəşid Behbudov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az xəbər verir ki, 14 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusla  minik avtomobili toqquşub.

İlkin məlumata görə, qəza minik avtomobilinin işıqforun qırmızı işığında hərəkəti davam etdirməsi nəticəsində baş verib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az