Bakı şəhərinin Binəqədi rayonunda evdə yanğın baş verib.
Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin bir otağında 1 ədəd yataq dəsti yanıb.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.