Gəncədə yük avtomobili sərnişin avtobusu ilə toqquşub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.
Qəza zamanı 1992-ci il təvəllüdlü Vüqar Verdiyev müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı xəstəxanalardan birinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb