Şirvanda 36 yaşlı şəxs bıçaqlandı

21:51 - 24 Yanvar 2026

Şirvanda 36 yaşlı şəxs bıçaqlandı

Şirvanda 36 yaşlı şəxs bıçaqlanıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

    Hadisə şəhərin Köhnə şəhər massivində qeydə alınıb. Məlumata əsasən, şadlıq saraylarından birində keçirilən toy mərasimindən çölə çağırılan Şirvan sakini, 1990-cı il təvəllüdlü Mahir Habil oğlu Ədilov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

    Zərərçəkən qarın boşluğuna daxilə nüfuz edən bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az