Salyan rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1981-ci təvəllüdlü İsmayılov Taleh Teyyub oğlu yolu keçmək istəyən zaman avtomobil vurub.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.