Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1 qadın, 6 kişi) Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanasının məlumatında deyilir.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
***
23:38
Salyanda zəncirvari yol qəzası baş verib, yeddi nəfər xəsarət alıb.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Qəza nəticəsində xəsarət alan dörd nəfər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.