Naxçıvanda ağır qəza - Xəsarət alanlar var

21:31 - 25 Yanvar 2026

Naxçıvanda ağır qəza - Xəsarət alanlar var

Naxçıvanda ağır qəza 6 nəfərin xəsarət almasına səbəb olub.


Manset.az APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Naxçıvan-Ordubad magistralının Babək rayonunun Çeşməbasar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "NAZ-Lifan" markalı avtomobillə "Xəzər" markalı avtomobil toqquşub. Baş verən qəzada 2012-ci il təvəllüdlü Zahid Əliyev, 2003-cü il təvəllüdlü Elcan Rəhimli, 2010-cu il təvəllüdlü Salman Əliyev, 1986-cı il təvəllüdlü Şəhanə Əliyeva, 2012-ci il təvəllüdlü Ayla Əliyeva və 1993-cü il təvəllüdlü Turqut Əlibəyli xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az