Qəbələdə AĞIR QƏZA - Ölən var

09:10 - 26 Yanvar 2026

Qəbələdə AĞIR QƏZA - Ölən var

Gecə saatlarında Qəbələdə ağır yol qəzası baş verib.


Manset.az xəbər verir ki, saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələnin Nic qəsəbəsindən keçən hissəsində “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü 28 yaşlı Mətin İbrahimov hadisə yerində ölüb, sərnişini, 2000-ci il təvəllüdlü Kənan Zakirzadə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az