Magistral kəmərdə qəza oldu, su kəsildi

19:47 - 28 Dekabr 2021

Magistral kəmərdə qəza oldu, su kəsildi

Bakının Nizami rayonunun bir hissəsində içməli suyun verilişində fasilə yaranıb.

Manşet.az xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.

Bildirilib ki, rayonun Naxçıvani küçəsində ("Nazlı Saray" şadlıq sarayının yaxınlığı) magistral su kəmərində qəza baş verib.

Hazırda Bakı Sukanal İdarəsinin əməkdaşları qəzanı aradan qaldırır. İşlər 2-3 saat ərzində yekunlaşacaq.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az