"Baku Medical Plaza"da nə baş verib? - Pasiyentlər təxliyə edildilər

16:13 - 28 Yanvar 2026

\"Baku Medical Plaza\"da nə baş verib? - Pasiyentlər təxliyə edildilər

"Bu gün saat 13:50 radələrində "Baku Medical Plaza" klinikalar şəbəkəsinin Babək filialında qısaqapanma nəticəsində tüstülənmə hadisəsi qeydə alınıb. Tüstülənmə klinikanın birinci mərtəbəsində yerləşən boş həkim otaqlarından birində baş verib".


Manset.az xəbər verir ki, bu barədə Baku Medical Plaza klinikalar şəbəkəsindən açıqlama verilib.

Bildirilib ki, hadisə baş verdiyi andan etibarən klinikanın daxili təhlükəsizlik və fövqəladə vəziyyət protokollarına uyğun olaraq operativ tədbirlər görülüb, tüstülənmə mənbəyi tam nəzarət altına alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda klinika fəaliyyətini adi rejimdə davam etdirir və tibbi xidmətlərin göstərilməsində hər hansı fasilə yaranmayıb.

***

Bakı şəhəri, Babək prospektində yerləşən "Baku Medical Plaza"da qısaqapanma olub.

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə anında pasiyentlər klinika binasından çıxarılıblar, artıq hər şey yenidən öz qaydasındadır.

Bildirilib ki, hadisə nəticəsində xəstəxanaya ciddi ziyan dəyməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az