Yeni ildə turşudan zəhərlənmişdi - 22 gün sonra öldü

13:38 - 30 Yanvar 2026

Yeni ildə turşudan zəhərlənmişdi - 22 gün sonra öldü

Yeni il günü turşudan zəhərlənən 53 yaşlı Elşən Şöyübov 22 gün sonra müalicə aldığı xəstəxanada vəfat edib. 


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qazax rayonunun Qaymaqlı kəndində baş verib. 

Belə ki, Şöyübovlar ailəsi bayram günü yedikləri pomidor turşusundan zəhərləniblər. Ailənin iki övladı müalicə alaraq sağalıb. E.Şöyübovun vəziyyəti ağır olduğuna görə Bakıya gətirilib və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Kliniki Tibbi Mərkəzdən sorğumuza cavab olaraq bildirilib ki, E.Şöyübov bu il yanvarın 1-də turşudan zəhərlənmə şübhəsi ilə Toksikologiya şöbəsinə hospitalizasiya olunub:

“Pasiyentə zəruri tibbi xidmətlər göstərilib, aparılan müayinələrin nəticələrinə əsasən ona botulizm diaqnozu təyin edilib. Pasiyent ağır vəziyyətdə 22 gün reanimasiya şöbəsində müalicə alıb, daha sonra ailə üzvlərinin könüllü müraciəti əsasında özəl klinikaya köçürülüb”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az