Kafedə 32 yaşlı kişi bıçaqlandı - Saxlanılan var 

11:10 - 01 Fevral 2026

Kafedə 32 yaşlı kişi bıçaqlandı - Saxlanılan var 

Tovuzda bıçaqlanma hadisəsi baş verib.


Manset.az Qafqazinfo-a istinadən xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində yerləşən kafelərin birində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Elşən Bağırov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Əraziyə cəlb edilən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Düz Qırıqlı kənd sakini, 1998-ci il təvəllüdlü Yusib Kərimov saxlanılıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az