Ağsuda avtomobil qəzası oldu - Yaralılar var 

11:30 - 01 Fevral 2026

Ağsuda avtomobil qəzası oldu - Yaralılar var 

Ağsuda avtomobil qəzası baş verib.


Manset.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Ərəbmehdibəy kəndinin ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Tağıyev Ruslan Rəfail oğlu, 1992-ci il təvəllüdlü Mollayev Amil Emin oğlu və 1998-ci il təvəllüdlü Heybətov İlkin Vəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Xəsarət alan şəxslərdən birinin vəziyyəti ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az