Qaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən kənd sakini - 1947-ci il təvəllüdlü Abdurrəhman Hacımurad oğlu Əliyevi vurub.
78 yaşlı A. Əliyev hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.