Bakıda sevgilisinin evindən pul oğurlayan qadın həbs olundu

19:39 - 03 Fevral 2026

Bakıda sevgilisinin evindən pul oğurlayan qadın həbs olundu

Bakıda qadın sevgilisinin evini qarət edib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib.

2002-ci il təvəllüdlü Aysel Ağacanova (ad və soyad şərtidir) Bakıda Şakir adlı şəxslə tanış olub. Bir müddətdən sonra Şakirlə Aysel arasında sevgi münasibəti yaranıb və onlar mütəmadi olaraq Şakirin evində görüşüblər.

Növbəti dəfə Aysel Şakirin evində onunla görüşərkən, ev sahibinin pulu saxladığı yeri müəyyən edib. Daha sonra Aysel evi qarət etmək qərarına gəlib. O, bu məqsədlə Şakirin evdən çıxarkən açarı gizlətdiyi yeri də müəyyən edib.

Bir gün Şakir evdən çıxıb işə gedəndən sonra Aysel onun yaşadığı evə gələrək mənzilə daxil olub. O, mənzildən 7 400 manat, samovar və digər usta alətlərini götürərək qapını açarla bağlayıb və hadisə yerindən uzaqlaşıb.

Şakirin şikayəti əsasında Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyatla hadisədə şübhəli bilinən Aysel saxlanılıb. O, hadisəni törətdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Aysel Ağacanova 2 il azadlıqdan məhrum edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az