Masallıda məktəbdə YANĞIN - Şagird və müəllimlər təxliyə olundu

10:49 - 05 Fevral 2026

Masallıda məktəbdə YANĞIN - Şagird və müəllimlər təxliyə olundu

Masallıda məktəbdə yanğın olub.


Manset.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Masallı rayonunun Xırmandalı kəndində yerləşən orta məktəbdə yanğın baş verib.

    Otaqların birində baş verən yanğın qısa müddətdə yayılmağa başlayıb. Şagird və müəllimlər məktəbdən təxliyə olunub. Hadisə yerinə Masallı Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində alovun yayılmasının qarşısı alınıb.

    Məlumata görə, yanğın direktorun otağından başlayıb. Yanğına səbəb isə elektrik xəttlərində baş verən qısaqapanma olub.

    Qeyd edək ki, məktəbdə otaqlar elektrik vasitələrindən istifadə olunaraq qızdırılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az