Bakıda təhsil ocağında daha bir HADİSƏ - Şagird yıxılıb xəstəxanalıq oldu

21:21 - 06 Fevral 2026

Bakıda təhsil ocağında daha bir HADİSƏ - Şagird yıxılıb xəstəxanalıq oldu

Bu gün paytaxtda yerləşən daha bir təhsil müəssisəsində hadisə yaşanıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nizami rayonunda yerləşən 10 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi yıxılaraq ağır xəsarət alıb.

O, dərhal xəstaxanaya yerləşdirilib.

Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, 06.02.2026-cı il tarixində saat 16:30 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”, - deyə əlavə edilib.

Məktəbdən isə bildirilib ki, 8-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) məktəbin fövqəladə hallar zamanı çıxış üçün nəzərdə tutulan qapısının üzərinə dırmaşmaq istəyərkən yıxılıb:

“Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Hazırda şagirdin vəziyyətinin normal olduğu bildirilir.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara da məlumat verilib.

Məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılıb, nizam-intizam qaydalarına əməl olunmasının zəruriliyi bir daha diqqətə çatdırılıb”.

Xatırladaq ki, səhər saatlarında Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi 29 yaşlı xanım müəllimi ov tüfəngi ilə güllələyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az