Ermənilər atəş açdı, “Azercell”in əməkdaşı yaralandı - FOTOLAR

00:18 - 30 Dekabr 2021

Ermənilər atəş açdı, “Azercell”in əməkdaşı yaralandı - FOTOLAR

Qanunsuz erməni silahlı qruplaşması Ağdamda “Azercell” əməkdaşını atəşə tutub.

Manset.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. 

Bildirilib ki, hadisə bu gün Ağdamın işğaldan azad edilmiş “Yeddi xırman” adlanan ərazisində qeydə alınıb. 
Belə ki, ərazidə peşə fəaliyyəti ilə məşğul olan 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlu erməni silahlıları tərəfindən atəşə tutulub. 

Nəticədə A.Rəhimli qolundan güllə yarası alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatı təhlükəsinin olmadığı bildirilib.(qafqazinfo)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az