Gəncədə gənc oğlanın xəsarət almasının səbəbləri məlum olub.
Manset.az APA-ya istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar zamanı ruhi-əsəb dispanserində qeydiyyatda olan C. Əliyevin özünə xəsarət yetirdiyi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
20:51
Gəncə sakini kəsici-deşici alətlə xəsarət alıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü C. Əliyev kəsici alətdən aldığı yara ilə xəstəxanaya çatdırılıb.
Ona ilkin tibbi yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.