Suraxanı rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.
Bu barədə Manset.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qaraçuxur qəsəbəsində yerləşən evlərdən birinə daxil olan naməlum şəxs 11500 manat pulu talayaraq ələ keçirib. Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş Vüqar Yunsurov saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb. Araşdırmalarla V. Yunsurovun oğurluq etdiyi evin pəncərəsini balta ilə sındıraraq içəri daxil olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.